
Son illər paytaxt Bakıya qardaş olan Abşeron rayonunun da mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra layihələr gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunub. Xüsusən də çox hörmətli İradə xanım Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunandan sonrakı dövrdə şəhərdə abadlıq-quruculuq işləri daha da vüsət almışdır.
2019-cu ilin birinci yarısında da respublikamızın hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da sosial-iqtisadi inkişaf təmin edilmiş, abadlıq və quruculuq tədbirləri davam etdirilmişdir. Əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Xırdalan şəhərində 6 çoxmənzilli yaşayış binasında 27 istismara yararsız liftin təmirinə başlanılmış, liftlərin bir çoxunun təmiri başa çatdırılmış, hazırda işlər davam etdirilir. Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin, parkların yaradılması istiqamətində bir sıra işlər görülmüşdür. Rayon İcra Hakimiyyətinin, Xırdalan şəhər nümayəndəliyinin yaxınlığında, eyni zamanda Rəşid Behbudov küçəsində 3 istirahət pak salınmışdır. Bundan əlavə Heydər Əliyev prospektində hasara 560 kv.metr suvaq vurularaq rənglənmiş, 98 kv.m aqlay daşla üzlənmişdir. Bakı- Sumqayıt-avtomobil yolunun Xırdalan dairəsindən keçən hissəsində 194 kv.metr sahə aqlay daşla üzlənmiş, şəhərin Nəsimi küçəsində 2400 p/m səki daşı düzülərək, 14800 kv.metr sahə asfaltlanmışdır.
Rayonun Məmmədli kəndinin mərkəzi Heydər Əliyev prospektində, Hökməli-Qobu yolunda Koroğlu küçəsi boyunca yol kənarlarının abadlaşdırılması işləri həyata keçirilmişdir. Digah bələdiyyəsi tərəfindən 1918-ci ildə Bakının erməni işğalçılarından azad edilməsi zamanı şəhid olmuş və Digah qəbristanlığında dəfn edilmiş 9 türk əsgərinin şərəfinə abidə ucaldılmış və ətrafında 600 ədəd şam ağacı əkilmişdir.
2019-cu ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 8730 kub metr çınqıl tökülərək yayılmış, 20280 kvadratmetr sahə asfaltlanmış, 2400 p\m səki daşı düzülmüşdür.
Ötən illərdə olduğu kimi cari ilin birinci yarısında da ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılmışdır. İlin əvvəlindən ötən müddət ərzində rayonun yaşayış məntəqələrində 10 minə qədər şam, sərv, xan çinar və digər növ ağaclar əkilmişdir.
Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 18 yeni transformator quraşdırılmış, 6 transformator təmir edilmiş, 283 ədəd dayaq və 17370 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 22450 metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Xırdalan, Masazır, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. Xırdalan Enerji Təchizatı və Satışı idarəsi üçün yeni inzibati binanın inşasına başlanılmışdır. Saray, Aşağı Güzdək, Qobu qəsəbələri ərazilərində yeni yarımstansiyaların tikintisi ilə bağlı hazırlıq işləri aparılır.
2019-cu ilin altı ayı ərzində Rayon Sukanal idarələri tərəfindən rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 4453 p/m uzunluqda yeni içməli su , Xırdalan, Masazır və digər ərazilərdə ümumilikdə 8250 p/m uzunluqda kanalizasiya xətləri çəkilmişdir. 680 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilərək, 17 ədəd müxtəlif markalı nasos təmir edilmiş, çoxmənzilli yaşayış binalarının zirzəmilərinin 321 paqonmetrlik hissəsi yenisi ilə əvəz olunmuşdur.
Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyul ayından başlanılmış işlər davam etdirilmiş, bu günə qədər 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda kanalizasiya xətti çəkilmiş, 373 ədəd yanğın hidrantı quraşdırılmış, 21659 ev birləşməsi verilərək 7640 sayğac quraşdırılmışdır. Ümumi nəzərdə tutulmuş işin 80 faizə qədəri icra olunmuşdur.
Məhz RİH başçısı İradə Gülməmmədovanın Prezident Administrasiyası qarşısında qaldırdığı məsələnin, “Azərsu” rəhbərliyi ilə apardığı danışıqların, “Azərsu” ASC-nin sədr müavinləri ilə birlikdə rayon İcra Hakimiyyətində keçirdiyi müşavirənin nəticəsi olaraq, podratçı təşkilatlar tərəfindən qazılmış yerlərə 285 min kv.metr asfalt vurulmuş, şəhərin 26-cı məhəlləsindən mərkəzi nasosxanaya əlavə 800 mm diametrli 1164 paqometr uzunluğunda xəttin çəkilişi həyata keçirilmiş, 1 saylı nasosxanadan suların kənarlaşdırılması üçün 1606 paqometr uzunluğunda 560 mm diametrli polietilen, mərkəzi nasosxanadan Bakı şəhəri istiqamətində isə 4056 paqometr uzunluğunda 1200 mm diametrli metal boru təzyiqli xətlərinin çəkilişi işlərinə başlanılmışdır. Eyni zamanda mərkəzi nasosxanada yenidənqurma işləri həyata keçirilir. Mexdəstə yaşayış sahəsində iki il bundan öncə RİH başçısının göstərişilə çəkilmiş xəttin davamı olaraq əlavə 300 mm diametrli 100 paqometr uzunluğunda xətt çəkilərək dəmiryol xəttinə qədər uzadılmış, xüsusi maşınlar vasitəsi ilə xətlər yuyularaq kanalizasiya tutulmalarının qarşısı tamamilə aradan qaldırılmışdır.
Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərinin mövcud su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Şəhərin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamadığından, yeni sistemlər qurulduqdan sonra yaşanan bəzi problemlər tamamilə həll olunacaq. Artıq nəzərdə tutulan işlərin böyük bir qisminin görülmüşdür. Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.
Onu da qeyd etməyə dəyər ki, artıq “Abşeron rayonunun ərazi hissələrinin müfəssəl planlarının hazırlanması” layihəsi üzrə Xırdalan şəhərinin 35,26 ha ərazisinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub. Plan Abşeron RİH-nin sifarişi ilə “Geoproject” MMC tərəfindən hazırlanıb. Baş plana görə, seçilmiş ərazidə 9-16 mərtəbəli yaşayış evlərinin tikintisi planlaşdırılıb. Layihənin istinad ili -2018-ci il, layihənin 1-ci növbəsi – 2025-ci il, layihənin hesabat dövrü -2038-ci il qəbul edilmişdir. Ümumilikdə layihələndirilən ərazidə mövcud çoxmərtəbəli və çoxmənzilli yaşayış binlarının ümumi tikinti altı sahəsi 23618 m2 - dir.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı rayonun yaşayış məntəqələrində müxtəlif diametrli 5795 paqometr uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, 7 ədəd qaz tənzimləyicisi qoyulmuşdur. 6 ay ərzində rayon üzrə ümumilikdə 1362 ədəd sayğac quraşdırılaraq, abonentlər təbii qazla təmin edilmişdir.
Vətəndaşların telefonla təmin edilməsi məqsədilə 70 eskiz layihəsinin icrasına başlanılmışdır ki, bu layihələrin icrası nəticəsində 40 minə yaxın nömrə tutumu artırılacaqdır.
Birinci yarımil ərzində rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə Abşeron rayonu üzrə 770 yeni iş yeri yaradılmışdır.
Bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 16 investisiya layihəsi üçün 21 milyon manat güzəştli kredit verilmişdir ki, həyata keçiriləcək bu layihələr üzrə 260 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, hazırda Saray qəsəbəsində istehsal gücü il ərzində beş min ədəd alüminium tərkibli istilik radiatorları istehsalı zavodunun, Məmmədli kəndində istehsal gücü il ərzində 50 min ton olan sinklənmiş polad vərəqə istehsalı, illik istehsal gücü 3 min ton olan istixana örtükləri istehsalı və aylıq istehsal gücü 560 ton olan qənnadı məhsulları istehsalı müəssisələrinin, Xırdalanda illik istehsal gücü 8,4 min ton olan metal neft-qaz xətləri aksesuarlarının istehsalı müəssisəsinin və illik istehsal gücü 1,5 ton olan quru süd zavodunun, Mehdiabadda illik istehsal gücü 2640 ton olan qida məhsulları istehsal müəssisəsinin, Aşağı Güzdək qəsəbəsində illik istehsal gücü 25 min kv.metr parket, 20 min metr plintus, 600 ədəd qapı, 600 kv.metr pəncərə istehsalı müəssisəsinin və illik istehsal gücü 216 min kv. metr keramit, 360 min kv. metr üzlük, 9 milyon ədəd üzlük kərpic, 189 min kv. metr keramit döşəmə və s. tikinti materiallarının istehsalı müəssisəsinin, Novxanıda “Bakı Praqa Export “ MMC tərəfindən yeni pivə istehsalı zavodunun tikintisi aparılır.
Rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 153.7 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 8805 nəfər olmuş, çalışan işçilərin orta aylıq nominal əmək haqqı 39 faiz artaraq 463 manat təşkil etmişdir.
Rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına da nail olunmuşdur. Abşeron və Bakının bir çox qəsəbə və kəndlərini suvarma suyu ilə təmin edən Abşeron magistral kanalının yenidən qurulması işləri davam etdirilərək kanalın 27 km-lik hissəsi bərpa olunmuş, Abşeron Suvarma Sistemləri idarəsi tərəfindən 38 km kanal lil və məişət tullantılarından təmizlənmiş, 12 ədəd nasos əsaslı, 29 ədəd isə cari təmir edilmişdir.
Mehdiabad, Fatmayı ərazilərində kənd təsərrüfatı torpaqlarının suvarma suyu ilə təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi ərazisində 10 min kubmetrik yeni anbar tikilmiş, 5 min kubmetrlik anbar təmir olunmuş, Novxanı-Mehdiabad-Masazır istiqamətində 11 km uzunluğunda magistral, 160 mm diametrli 600 paqometr uzunluğunda isə paylayıcı xətt çəkilişi işləri başa çatdırılmışdır. Bundan əlavə, Fatmayı kəndi üçün 3 km uzunluğunda 250 mm diametrlik magistral və 1.2 km uzunluğunda 110 mm diametrli paylayıcı xətlərinin çəkilməsi üçün hazırlıq işləri görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı işlər həyata keçirilir. Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı bu ilin birinci yarısı ərzində 80 hektar sahədə yeni badam, 287 hektar sahədə isə zeytun bağı salınmışdır.
Cari il ərzində Abşeron rayonunda dəfələrlə kütləvi ağacəkmə aksiyaları keçirilib. Belə ki, Abşeron rayonunda yaşıllaşdırma işləri çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Hökməli –Qobu, Novxanı-Binəqədi, Digah - Mehdiabad, Bakı-Şamaxı və Bakı Sumqayıt avtomobil yolunun Abşeron rayon ərazisindən keçən hissələrində təkcə bu il ərzində 20 min alyandr,15 min xan çinarı, 12 min şam ağacı, 6 min zeytun, 8 min isə meyvə ağacları əkilib. Ümumilikdə isə cari ildə rayonun kənd və qəsəbələrində 61 min ağac və gül kolları əkilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Xırdalan şəhəri ərazisində Dövlət Aqrar İnkişaf Mərkəzi üçün bina tikintisi başa çataraq istifadəyə verilmişdir. Rayonun daxili imkanları hesabına Mərkəzin yerləşdiyi küçənin abadlaşdırılması işləri həyata keçirilmişdir.
2019-cu ilin 6 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində də işlər davam etdirilmişdir.
Rayonun Görədil kəndində bələdiyyə tərəfindən inşa olunan 4 qrupluq 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri görülür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına Xırdalan şəhəri ərazisində Rayon Mərkəzi Xəstəxanası üçün bina tikintisində işlər davam etdirilir.
Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Dövlət Turizm Agentliyinə ayrılmış vəsait hesabına ötən ilin sentyabr ayından abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılmasına başlanılmış və bu ilin may ayında başa çatmışdır. Bundan əlavə, rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına xarici turistlərin istifadə etdiyi Məmmədli kəndinin mərkəzi avtomobil yolu kənarında böyük abadlıq işləri aparılmış, hasarlara 3200 kv.metr bəzək daşı vurulmuş, 1690 kvadratmetr hasar hörülmüş, 2200 kvm sahə asfaltlanmış, 7150 kvadratmetr divar suvanmış, 1400 ədəd xan çinar, 1200 ədəd eldar şamı əkilmişdir.
Çox sevindirici haldır ki, iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak etmişlər.
Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləviliyinin təmin edilməsi sahəsində də ciddi iş aparılması sayəsində 2019-cu ilin 6 ayı ərzində rayonun gəncləri 21 beynəlxalq və 36 respublika idman yarışlarında iştirak etmişlər.
Abşeronlu gənclər İran, Gürcüstan, Ukraynada keçirilən beynəlxalq idman yarışlarında 98 medal, o cümlədən 40 qızıl medal qazanmışlar. Xüsusilə Hacı Əliyevin ikinci Avropa Oyunlarında yenidən qızıl medal qazanması ötən altı ayın ən yaddaqalan idman uğurlarındandır.
Cari ilin birinci yarısında rayonda kriminogen vəziyyət sabit olmuş, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri də qorunub saxlanılmışdır. Ötən dövr ərzində rayonda dini durum sabit olmaqla radikal dini cərəyanlar və digər məsələlərlə bağlı qanunazidd hallar müşahidə edilməmişdir.
Rayon İcra Hakimiyyəti, Polis idarəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi birlikdə “Narkomaniya ümumbəşəri bəladır” və “Qeyri-ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə” mövzularında rayonun şəhər, qəsəbə və kəndlərində 2018/2019-cu tədris ili dövründə 43 görüş keçirilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi ilə rayonun Qobu qəsəbəsi ərazisində Abşeron rayon Polis İdarəsinin yeni Polis Bölməsi üçün bina tikintisi başa çatdırılmışdır.
Bu ilin birinci yarısında ötən illərdə olduğu kimi, rayonun şəhid, əlil və imkansız ailələrinin, rayon ərazisində məskunlaşmış 10861 məcburi köçkün ailəsinin qayğıları da daim diqqət mərkəzində saxlanılır. Ötən ilin dekabr ayında Abşeron rayonuna məxsus ərazidə bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatmış, qəsəbənin Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuşdur. Rayon üzrə qəzalı binalarda və ağır şəraitdə yaşayan 60 məcburi köçkün ailəsi yeni salınmış yaşayış kompleksində mənzillərlə təmin edilmişdir.
Son vaxtlar ölkədə tanınmayan, geniş oxucu kütləsi olmayan bəzi elektron kütləvi informasiya vasitələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində guya tikilməkdə olan və şəhid ailəsinə məxsus yarımtikili evin sökülməsi barəsində məqsədli şəkildə qərəzli məlumat yayılıb. Abşeron Rayon İcra Hakimiyyəti bununla əlaqədar olaraq bildirib ki, RİH tərəfindən hər hansı bir tikilməkdə olan evin sökülməsi prosesi həyata keçirilməyib. Sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Abşeron RİH aparatında, rayonun kənd və qəsəbələrində keçirilən səyyar görüş-qəbullarda, eləcə də mətbu orqanlarda vətəndaşlara torpaq və tikinti məcəlləsinin tələbləri dəfələrlə izah edilmiş, torpaq sahələrinin metal torla çəpərlənməsinə və kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan qurğuların yüngül konstruksiyalarla quraşdırılmasına icazə verildiyi izah edilmişdir.
Rayon ərazisindəki torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlı olduğundan, bu torpaqlar Abşeron ərazisində ancaq kənd təsərrüfatı məhsullarının istehsalı, əkin işlərinin aparılması üçün yararlıdır. Lakin bəzi hallarda torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi də müşahidə edilməkdədir. Üstəlik, bu gün vətəndaşlar tərəfindən yüksək gərginlikli elektrik xəttlərinin altında, magistral su və neft kəmərlərinin əhatə zonasında olan boş toraq sahələrinin zəbt edilərək istifadə olunmasına çalışılır. Bunun yolverilməzliyi, qanunla qadağan olduğu izah edildikdə isə gətirilən arqumentlərlə razılaşmır və müxtəlif adlar altında özlərinə haqq qazandırmağa cəhd göstərilir. Hətta bəzi vətəndaşlar özlərinin çirkin əməllərini gizlətmək üçün imtiyazlı insanlardan istifadə etməyə çalışırlar. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə və Qarabağ qazilərinə xüsusi diqqət və qağı göstərilir.
Qanunun tələbləri vətəndaşlara izah olunduqda isə bəzi KİV mənsubları öz niyyətləri üçün insanların heysiyyatından istifadə edir və son nəticədə isə vətəndaşla dövlət qurumları arasında əsası olmayan anlaşılmazlıq, narazılıq yaradır. Bəzi elektron kütləvi informasiya vasitələri öz reytinqlərini artırmaq üçün müxtəlif vətəndaşlardan dəqiqləşdirməmiş, rayon icra hakimiyyətinin məsul işçilərindən məlumat almamış qərəzli şəkildə informasiyalar yayırlar.
Dövlətə, dövlətçiliyə sadiq olan, xalqını sevən İradə Gülməmmədova Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını layiqlə yerinə yetirir, dövlət başçısı tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün gərəkən bütün tədbirləri görür. İcra başçısı vətəndaşların müraciətlərinə həssas yanaşır, istər vaxtı müəyyənləşdirilmiş qəbullarda, istərsə də yerlərdə keçirdiyi səyyar görüşlərdə insanları dinləyir, onların problemləri ilə tanış olur, çox vaxt şətinlikləri elə yerindəcə həll etmək üçün tapşırıqlar verir, həmçinin, vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır. 2019-cu ilin ötən altı ayında vətəndaşların qəbulu və onların müraciətlərinin dinlənilməsi Rayon İcra hakimiyyətinin başçısı tərəfindən ciddi nəzarətdə saxlanılmış, xüsusilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, 2019-cu ilin 6 ayı ərzində rayonun kənd və qəsəbələrində 3500 nəfərə qədər rayon sakinin iştirakı ilə 17 səyyar qəbul-görüşlər keçirilmişdir. Həmin görüşlərdə sakinlər onları maraqlandıran suallar ətrafında danışıblar. Vətəndaşlar tərəfindən qaldırılan işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlərin mümkünləri yerindəcə həll olunur, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilir.
İradə xanımın jurnalistlərlə də münasibəti arzuolunan səviyyədədir, rəhbərlik etdiyi icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir.
İradə Gülməmmədova RİH-nin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın təmininə xüsusi diqqət yetirir. Fəaliyyəti əks etdirən sosial-iqtisadi göstəricilər, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilir.
Bəli, bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Abşeron rayonu çox hörmətli İradə xanım Gülməmmədovanın düşərli rəhbərliyi altında qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.
Vidadi Gözəlov
