Sizin reklam burada
Sizin reklam burada

DİN Baş DYP -nin YPX Alayının uğurları göz qabağındadır.

DİN Baş DYP -nin YPX Alayının uğurları göz qabağındadır.




Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməlli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Belə insanlardan biridə DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğludur.
Balakişi Əhmədov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Balakişi Əhmədovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .
Balakişi müəllimin diqqət və zəhməti sayəsində Respubilkamızın bütün yollarında və DYP postlarında sürücülər rahat hərəkət edir . Rayon və şəhrlərimizdə xidmət göstərən DYP postlarının hamısında insanlara yüksək xidmət göstərilir və onların təhlükəsizliyini təmin edirlər . Bütün bu nailiyyətlər Balakişi müəllimin zəhməti sayəsində başa gəlib . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Bu çətin və şərəfli işində Balakişi müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş