Sizin reklam burada
Sizin reklam burada

Bakının iki rayonunda qazın verilişi bərpa olundu

Bakının iki rayonunda qazın verilişi bərpa olundu



Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.
Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında baş verən güclü qaz sızma səbəbindən təbii qazın verilişi dayandırılıb:
“Gecə saat 01:00-da qeydə alan hadisə nəticəsində Bakının bir hissəsinə - Xətai və Nizami rayonlarına qaz təchizatının verilişi dayandırılıb. Səhər saat 07:00-da yaşanan problem tam olaraq aradan qaldırılıb. Təhlükəsizlik məqsədilə saat 09:00-dan etibarən sözügedən ərazilərdə təbii qazın verilişi bərpa edilib”.

  • Sosial şəbəkədə paylaş