Sizin reklam burada
Sizin reklam burada

“Ermənistandakı tədbirə getməyəcəyik” – Eldar Quliyev

“Ermənistandakı tədbirə getməyəcəyik” – Eldar Quliyev



Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev martın 5-6-da Türkiyənin İstanbul şəhərində baş tutan tədbirə qatılıb.
Deputat qurumun İşçi Qrupunun görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdü.
İstanbul səfərindən geri dönən Eldar Quliyev Modern.az-a açıqlamasında səfərin yekunları barədə danışıb.
“Səfər çox məhsuldar keçdi. Bunun davamı olaraq iyunun 19, 20, 21 tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 53-cü iclası Bakıda keçiriləcək".
O bildirib ki, iyuna qədər komitənin iclasları fərqli ölkələrdə keçiriləcək.
"Birinci iclas mədəniyyət komitəsinin iclasıdır ki, Yerevanda olacaq və biz o tədbirə qatılmayacağıq. İkinci tədbir Gürcüstanda, üçüncü tədbir isə Moldovada baş tutacaq.
Bu tədbirlərin yekunu olaraq 53-cü sessiya Bakıda keçiriləcək”.

  • Sosial şəbəkədə paylaş