Sizin reklam burada
Sizin reklam burada

Ötən il 51 min müəllimdən 6 mini işə qəbul olunub

Ötən il 51 min müəllimdən 6 mini işə qəbul olunub

2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.
Qanunpress.com xəbər verir ki,Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.
2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.
2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.


  • Sosial şəbəkədə paylaş