Sizin reklam burada
Sizin reklam burada

Bu şəxslərə də leytenant hərbi rütbəsi veriləcək

Bu şəxslərə də leytenant hərbi rütbəsi veriləcək




Zabit kursunu bitirən ali təhsilli müddətli hərbi qulluqçularla bağlı qanunvericiliyə dəyişiklik olunur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.

  • Sosial şəbəkədə paylaş