Sizin reklam burada
Sizin reklam burada

Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün

Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün



Qarabağa səfər edənlərin orada qalma müddəti artırılıb.
İndi azad olunmuş ərazilərə səfər edənlər Qarabağda 5 gün qala biləcəklər.

Belə ki, fərdi minik avtomobillərinin sahibləri, Azərbaycan vətəndaşları “yolumuzqarabaga.az” portalı vasitəsilə artıq 5 günlük icazə əldə edə biləcəklər.

İcazələr iki gün öncədən alınmalıdır. Ümumilikdə nəqliyyat vasitəsində 9 nəfər ola bilər.

Yeniliyə əsasən, vətəndaşlar özləri qeydiyyatdan keçmədən də Qarabağ səfər edə bilərlər. Əgər vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hoteldə rezervasiya edərsə, əlavə müraciətə ehtiyac qalmır. Bu şəxslər adından giriş icazəsi hotel tərəfindən alınır.

  • Sosial şəbəkədə paylaş