Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Cənablarına
Azərbaycan Respublikası Prezidentinin köməkçisi -
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin
müdiri cənab Zeynal Nağdəliyevə
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli
Əsədova
Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid
Əhmədova
Azərbaycan Respublikasının baş prokroru Kamran
Əliyevə
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis cənab
Nazim Rəcəbova
Kürdəmir rayon prokruru cənab Tural İbrahimova
Bələdiyyələrlə İş Mərkəzinin direktoru Rəhman
Məmmədova
Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər
Ağayevə
Kürdəmir rayonunun Şüşün kəndində yaşayan
İbrahimli Pərviz Tahir oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Cənablar!
Məktub ünvanlayaraq Kürdəmir rayon, Köhünlü bələdiyə sədri Azər Ağayevin
özbaşınalıqları barəsində Sizləri məlumatlandırmaq istərdim. Bildiyiniz kimi,
bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunu vardır. Qanunda
bələdiyyələrin vəzifələri və səlahiyyətləri təsbit edilmişdir. Qanunda qeyd edilir ki,
bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən
çağırılmalıdır və üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə
əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Amma Köhünlü bələdiyyəsinin elə
üzvüləri vardır ki, illərdir iclaslarda iştrak etmir və o şəxs kəntdə yaşamır.
Bildiyiniz kimi, mövcud qanunvericilikdə bələdiyyə üzvlərinin səlahiyyətlərinə
xitam verilməsi əsasları mövcutdur. Həmin şərtlərdən biri də ardıcıl olaraq üç dəfə
bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların
yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə şərtidir. Bu faktda göstərir ki,
bələdiyyə sədri bu tələbləri yerinə yetirmir, hətta deyərdim qanunları saymır.
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunun digər
tələbinə əsasən bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.
Qanuna əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş
işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi
haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin
iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının
qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat,
internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı
təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti
həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və
səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və
nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak
edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş
hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın
(yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Azər Ağayev sədr olduğu müddətdə bir dəfədə olsun ki, yuxarıda göstərilən
qaydalara əməl etməmişdir.
Azər Ağayevin qanunsuzluqları yuxarıda sadaladıqlarımla bitmir. Məlum olduğu
kimi, 29 iyun 2001-ci ildə Ümimmilli Liderimiz Heydər Əliyev tərəfindən bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanun təsdiq edilib.
Ulu öndərimiz imzası ilə qəbul olunmuş qanuunda bələdiyyə torpaqlarının idarə
edilməsinin əsas prinsipləri öz əksini tapıb. Qanuna əsasən 3-cü maddəsinə əsasən
torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına
yol verilməməsi, torpaqdan haqqı ödənilməklə istifadə edilməsi, müxtəlif məqsədlər üçün
mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması barədə
tələblər mövcutdur.
Azər Ağayev isə ümimmilli Liderimizin imzası ilə qəbul edilmiş qanuna sayğı
göstərmir. Belə ki, bələdiyyəyə məxsus 100 hektarlarla torpaq nəyinsə müqabilində
qanunsuz - hərrac nəticələri və icarə müqavillələri olmadan istifadəyə verilib.
Bildiyiniz kimi, qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan
torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və
tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin
hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər
məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və
mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Bələdiyyələrin ehtiyat fondunun kənd
təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə
tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.
Bütün bu faktlar göstərir ki, bələdiyyə sədri Ulu Öndərimizin imzası ilə qəbul
edilmiş qanuna istiad etmir. Əvəzində öz beyninda formalaşdırdığı qanunları əsas tutur. Bu
isə dövlət büdcəsinin gəlirlərinə ziyan vurur. Azər Ağayevin qara torpağ bazarı kənd
sakinlərinində hüquqlarını pozur və torpaqlardan istifadə hüquqlarını məhdudlaşdırır.
Diqqətinizə çatdırım ki, Azər Ağayevə torpaq sahəsinin ayrılması barəsində
dəfələrlə müraciət etmişəm. Şəxs vətandaşların müraciəti haqqında qanunun tələblərinə də
məhəl qoymur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan
Respublikasının qanunda qeyd edilir ki, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş
qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan
5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti
həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə,
icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alınır.
Qanunun 23-cü maddəsində qeyd edilir ki, torpaqlardan səmərəli istifadə
olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə
verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində
torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. Torpaqlardan
səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd
təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrə müraciət edilməsi və
iddialar qaldırılması; Öz əraziləri daxilində torpaq qanunvericiliyinin və torpağın
mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin, habelə faydalı
qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin
dayandırılması, aşkar edilən pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin
qadağan edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilməsi;
Qanunun 26-cı maddəsinə əsasən isə bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Bütün yuxarıda sadalanan qanunları nəzərə alaraq Sizlərdən aşağıdakıları təmin
edilməsində kömək və qanuni addım atılmasında kömək etmənizi xahiş edirəm.
1. Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə
ölcüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsini.
2. Köhünlü bələdiyyəsinin ərazisində qanunu icarə müqavilsəi olan torpaqlar
barəsində seçicilərə məlumat verilməsini.
3. Köhünlü bələdiyyəsinin ərazisində qanunsuz istismar olunan 100 hektarlarla
torpaq sahəsinin qanunsuz istismar olunmasına dair cinayət məcəlləsinin 188-ci
maddəsinə uyğun hüqquqi addım atılmasını.
4. Qeyri-qanuni istismar olunan torpaqların dövriyyəyə qaytarılaraq hərraca
çıxarılmasını.
5. Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə korrupsiya faktının
araşdırılmasını.
İnanıram ki, Sizlərin sayəsində kəndimiz bu barbarın əsarətindən qurtaracaq.
Kəndimizdə Azərbaycan Respublikasının qanunları işləməyə başlayacaqdır.