Sizin reklam burada
Sizin reklam burada

Hacı Elmar axunddur, yoxsa cadugər?

Hacı Elmar axunddur, yoxsa cadugər?





Məlumdur ki, heç bir İlahi din falçılığı və cadugərliyi qəbul etmir və bütün dinlərdə həm falçılıq, həm də cadugərlik şeytan əməli hesab olunur. Belə bir səbəbdən də, bu gün falçılığa və falçılıq adı altında vətəndaşları müxtəlif yollarla aldadan, yaxud da onlara minbir kələk gəlməyi bacaran şəxslərə qarşı davamlı mübarizə aparmaq, sanki qarşımızda duran əsas vəzifələrdən biri hesab olunur. Yəni, insanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq əməlinə qol qoymaq, onların vəsaitlərini ələ keçirmək heç cür yolverilməzdir.
Falçılıq xurafatın bir elementi olmaqla bərabər, həm də hüquqi baxımdan dələduzluq əməli hesab olunur. Faktdır ki, bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq maddələr mövcuddur.Bundan əlavə, falçılıq adı altında fəaliyyət göstərən şəxslərə qarşı ardıcıl mübarizə aparmaq üçün, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də kifayət qədər səlahiyyətlərə malikdir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən geniş ictimaiyyətin az-çox tanıdığı, amma sözün həqiqi mənasında din-iman adamı olaraq qəbul etmədiyi Şəmkir Cümə Məscidinin axundu Hacı Elmara qarşı niyə ciddi mübarizə tədbirləri həyata keçirilmir? Bəlkə hələ zamanı çatmayıb? Axı, bu şəxsin axundluqdan daha çox qeyri-axundluq işləri ilə məşğul olduğu bildirilir. Məsələn, yerlərdə dolaşan söz-söhbətlərə görə bu şəxs ailə həyatı qurmayan gənc qızlara yağlı vədlər verir, onlara bəxtlərini açacağı, ərə getmələri üçün imkan yaradacağını dilə gətirir. Hətta, o, evində dava-dalaş olan gənc ailələrə dəstək olacağını, müəyyən dualar yazmaqla, tas qurmaqla barış yaradacağı vədini də verir. O halda ortaya belə bir sual çıxır ki, Hacı Elmar Şəmkir Cümə Məscidinin axundudur, yoxsa falabaxandır?
Bundan əlavə, yayılan söz-söhbətlərə görə bu şəxs elə hallar olub ki, Şəmkir Cümə Məscidinə üz tutan bəzi xanımlara qarşı “qıyqacı baxıb”, yeri gəldikdə onlara qarşı “xrustal fokslar” göstərməyi də bacarıb. Belə bir səbəblərdən də, bu gün Hacı Elmar adı ilə tanınan bu axundun əməlləri yerlərdə narazılıqla qarşılanmaqdadır. Media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, səndemə özünü Allaha yaxın hesab edən bu şəxs, hər il Aşura günü ilə bağlı məsciddə yığılan nəzir pullarına görə aləmi birbirinə qatır. Yəni, bu şəxs üçün nə Məhərrəm ayının, nə də ki, Aşura gününün heç bir əhəmiyyətinin olmadığı dilə gətirilir. Şəmkir Cümə Məscidində əsas mübahisə, dava-dalaş, qırğın və s. məhz yığılan nəzir pullarına görə baş verir. Yəni, Hacı Elmar hər zaman çalışır ki, yığlan nəzir pullarının daha çox hissəsi ona çatsın. Bu da məscidin mollaları ilə bu şəxs arasında əməlli-başlıca qırğına səbəb olur.

Unutmaq olmaz ki, Hacı Elmarın gəliri təkcə yığlan nəzir pullarından deyil, eyni zamanda bu məsciddə ölüsünü yuduzdurmağa gətirən şəxslərin başlarına gətirilən oyunlardan da əldə olunur. Daxil olan məlumatlarda o da bildirilir ki, bir ölünü yumaq üçün onun sahib(lər)indən ən azı 100 manat pul alırlar. Böyük biabırçılıq və əsl rüsvayçılıq isə, məhz ölü tabuta qoyulandan sanra baş verir. Yəni, həmin vaxt məscidin işçiləri tabutun yanında “rus əsgəri”tək sərasər dayanırlar və onlardan hər biri, yəni qüsul verən, su tökən, mafə verən, kəfən verən və s. pul tələb edirlər. Bu işlərdən də yığılan pulların daha çox hissəsi Hacı Elmara çatdırılır. Bütün bunlar onu söyləməyə əsas verir ki, hər kəs Şəmkir Cümə məscidinə bir gedəndə sevinir, bir də ordan çıxanda.

Xüsusi vurğulanası hallardan biri də odur ki, axund Hacı Elmar adı ilə tanınan bu şəxs çox zaman müştərilərinə dualar yazır və həmin duaların olduqca təsirli olacağını bildirir. Yerli sakinlərdən bəzilərinin iddialarına görə, hətta elə hallar da olur ki, bəzi ailələrdə boşanmalar baş verir, kimlərinsə həyət-bacasından dualar tapılır, yaxud da kimlərinsə işləri düz getmir. O halda Hacı Elmar baş verənləri yazdığı duaların təsiri ilə bağlayır. Bu da boş-boş söz-söhbətlərdən başqa bir şey deyil.
Yazıda adı çəkilən axund Elmarın da mövqeyini dinləyə bilərik.
P. S. Hörmətli oxucular! Yaxın bir neçə günə Hacı Elmarın digər “gülməşəkər əməlləri” ndən də bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın!

XəbərTv.info

  • Sosial şəbəkədə paylaş