Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda ANA TƏBİƏTƏ meydan oxuyan "tamada"

Cəlilabadda ANA TƏBİƏTƏ meydan oxuyan "tamada"




































Artıq bir neçə aydırkı Cəlilabad meşələrində olan ekoloji soyqırımlar barədə kifayət qədər məlumat veririk.
Cəlilabad meşələri ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin ardı- arası kəsilmir.
Redaksimıza bir qrup Cəlilabad rayon sakinlərinin verdiyi məlumata görə, Göytəpə meşəbəyliyinin 10a saylı dolayının gözətçisi, toylarda tamadalıq edən Rahib Kazımov məqsədyönlü şəkildə gözətçisi olduğu meşəni məhv etdirir.
Bu şəxs nə hökümətdən qorxur, nə Allahdan. "Burda mən, Bağdadda kor xəlifə"
Bu şəxs odun tədarükü adıyla meşələrdə ki qiymətli ağac cinslırin material kimi kəsdirərək Masallıdakı sexlərə daşıtdırır. Hələ qırma sahəsinə bilet verilmədiyi təqdirdə, bu tamada qoruduğu meşəni qırıb satdırıb.
Atalar demişkən: "Lələ köçüb, yurdu qalıb"
Şikayətçilər onu da əlavə edir ki, Gendərə meşələri ilə sərhəddə kütləvi qırıntı var və Rahib o, qırıntı olan yerləri guya Yardımlı meşələrinə aid olduğun bildirərək vəziyyətdən çıxmaq istəyir.
P.S. Deyilənə görə, Rahib Kazımov deyir ki, mənim arxamda Cəlilabadın rəhbər vəzifəli şəxsləri durub və heç kim mənə heçnə edə bilməz, əsas odur ki cənab başçı mənim adamımdır. Eyni zamanda bir iki trolda buraxıb sosial şəbəkələrə özünü müdafiə etdirmək üçün. Sözügdən trol dəstəsi Rahib Kazımovu elə təqdim edirlər ki, guya bu meşələrdə xaliqələr yaradıb və onun pula ehtiyacı yoxdur və s.
Qarşı tərəfin mövqeyini hər zamankı kimi dinləyib dərc etməyə hazırıq

Cəlilabadda ANA TƏBİƏTƏ meydan oxuyan "tamada"
Cəlilabadda ANA TƏBİƏTƏ meydan oxuyan "tamada"
Cəlilabadda ANA TƏBİƏTƏ meydan oxuyan "tamada"

  • Sosial şəbəkədə paylaş