Sizin reklam burada
Sizin reklam burada

Odlar Yurdu Universiteti Vətəndaşın Pulunu Niyə Geri Qaytarmır? – ŞİKAYƏT

Odlar Yurdu Universiteti Vətəndaşın Pulunu Niyə Geri Qaytarmır? – ŞİKAYƏT





Vətəndaş Xəlilli Zeynəb Xəbəral.az saytına Odlar Yurdu Universitetindən şikayət məktubu göndərib. Məktubda bildirilir ki, 31.08.2022- ci ildə Odlar Yurdu Universitetinin Biologiya fakültəsinə daxil olub.
Tez bir müddətə 1000 manat təhsil haqqı ödəyib. Həmin ərəfədə Zeynəb Xəlilli ailə həyatı qurduğundan səhhətində problem yaranıb. Təhsilini davam davam etdirmək istəməyib.
Zeynəb Xəlilli ödədiyi təhsil haqqını geri istəyəndə Odlar Yurdu Universitetinin rektorluğu min bir bəhanələrlə odənişin 1000 manatı vətəndaşa qaytarmaqdan imtina edilib.
Zeynəb Xəlilli dəfələrlə Odlar Yurdu Universitetinin rəhbərliyinə müraciət etsə də, onlar vətəndaşın qalan 1000 manatının ödənilməməsi üçün bəhanələr uydurmaqda davam edirlər.
Sözügedən şikayət məktubunu sizlərə təqdim edirik.
Odlar Yurdu Universiteti Vətəndaşın Pulunu Niyə Geri Qaytarmır? – ŞİKAYƏT
Amma hələ də cavab gözləyirik …
Xəbəral.az saytı olaraq Odlar Yurdu Universitetinin Aparat rəhbəri Heydər Qəmbərovla əlaqə saxladıq. O bizə qeyd etdi ki, sözügedən məsələdən xəbəri yoxdur, araşdırılıb cavab veriləcəkdir.
Odlar Yurdu Universiteti Vətəndaşın Pulunu Niyə Geri Qaytarmır? – ŞİKAYƏT
Heydər Qəmbərov
Məsələni gündəmdə saxlayıb sizlərə ətraflı məlumat veriləcəyik
Qanunpress.com olaraq qarşı tərəfin mövqe haqqını tanıyır.

  • Sosial şəbəkədə paylaş