
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də ölkənin rayon, şəhər (şəhərlərdə rayon) icra hakimiyyətləri başçıları aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı müəyyənləşdirilmişdir. Əsasnaməyə görə, əhalisinin sayı 50 min nəfərdən artıq olan rayonlarda icra hakimiyyəti başçısının birinci müavini vəzifəsi olmalıdır.Mediatv.az xəbər verir ki, statistikaya görə hələ işğaldan əvvəl (23.08.1993) Cəbrayıl rayonunun əhalisi 52604 nəfər olub. Sözsüz ki, ötən 30 il ərzində bu rəqəm xeyli artıb. Di gəl, Cəbrayıl Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsi boşdur.(bax: RİH-nin internet saytına).Doğrudur, bu vəzifəni daşıyacaq şəxsi dövlət başçısı təyin edir. Ancaq görünür, birinci müavininin olmaması Cəbrayıl RİH-nin başçısı cənab Kamal Həsənova da sərf edir.
Cəbrayıl RİH başçısı aparatı strukturunun RİH-nin internet saytında görüntülənən cədvəlinə baxanda RİH-nin başçısının kim olduğu bilinmir.Bu o deməkdir ki Kamal Həsənovun icra başçısı təyin olunduğu 7 ilə yaxın müddətdə RİH-nin internet saytı ya yenilənməyib,ya da ki,Kamal Həsənov daşıdığı vəzifənin məsuliyyətini hiss etmir .Digər tərəfdən hazırki dövr üçün çox aktual və vacib olan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsi də hələ ki icra hakimiyyətində boşdur. Bu isə böyük naqislikdir. Yəni, doğrudanmı bir nəfər böyük məsləhətçi vəzifəsini daşıyan şəxs, şöbənin işinin öhdəsindən təkbaşına gəlir?Mediatv.az-a verilən məlumata görə başçı köməkçisi Asəf Sadıqov isə 026-384-39-40 nömrəli telefonun dəstəyini heç vaxt qaldırmır. Başqa sözlə, əldən-ayaqdan düşmüş, yaşlı, xəstə, əlil Cəbrayıl vətəndaşı rayon rəhbərliyinə dərdini bildirmək üçün mütləq kiminsə köməyi, müşayiəti ilə, artıq xərc hesabına Cəbrayıl RİH-nin inzibati binasının yerləşdiyi Biləsuvar rayonundakı qəsəbəyə getməlidir. Ya da probleminin həllini qeyri-müəyyən vaxtadək təxirə salıb gözləməlidir ki, Kamal Həsənov nə zamansa onun yaşadığı əraziyə yolunu salıb səyyar görüş keçirəcək. Əlbəttə, əgər həmin ərazidə bir deyil, beş deyil, xeyli sayda Cəbrayıllı kompakt yaşayırsa.
Kamal Həsənovu yaxşı tanıyan etibarlı mənbənin verdiyi məlumata görə, o, həmişə əli böyüklərin ətəyində olan, qətiyyətsiz, təkbaşına əhəmiyyətli qərar verməyə tərəddüd edən biri olmuşdur. Gəncliyində Cəbrayıl rayon Aqrar İstehsalat Birliyinin (AİB) sədri işləyən atası İltifat Həsənovun himayəsi ilə AİB-də mühasib kimi baş girləmiş, sonra rayon komsomolunda təlimatçı, icra başçısı aparatında məsləhətçi işləmişdir. Cəbrayıl işğal olunan kimi rayon rəhbərliyindən uzaqlaşıb kommersiya ilə məşğul olmuşdur. 1995-ci ildə həmkəndlisi Elman Rüstəmov Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunandan sonra Kamal Həsənovu da yanına çəkmişdir. Kamal Həsənov bank qalmaqalları ilə zəngin olan 1996-2016-cı illər arasında düz 20 il bankların təftişi işini aparmışdır.
Davamı var...
Soyadı, Adı Vəzifəsi Telefonu
Rəhbərlik
Başçının birinci müavini
Nəsirov Tapdıq Oruc oğlu Başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri 26-384-39-14
İbayeva Fəridə Məhəmmədəli qızı Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri 026-384-39-33
Şirinov Rövşən Mustafa oğlu Sektor müdiri-baş mühasib 026-384-39-46
Sadıqov Asəf Cəbi oğlu Başçının köməkçisi 026-384-39-40
Bayramov Rövşən Məmməd oğlu Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi
Əsədov Sənan Nəriman oğlu Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu 012-567-70-89
Vəliyev Qorxmaz Fəxrəddin oğlu Baş mütəxəssis
İnformasiya təminatı və təhlil sektoru
Quliyev Qalib İsmayıl oğlu Sektor müdiri 026-384-40-77
Xəlilov Samir İbrahim oğlu Aparıcı məsləhətçi 026-384-40-77
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi
Şahverənov İslam Seyfəddin oğlu Şöbə müdiri 026-384-37-51
Vəliyev Əbil Fehruz oğlu Baş məsləhətçi 012-567-70-89
Hüsiyev Mətləb Səxavət oğlu Böyük məsləhətçi 026-384-36-41
Hüquq şöbəsi
Məmmədov Orxan Fərmayıl oğlu Şöbə müdiri 012-567-70-89
Məmmədova Fərimə Kamil qızı Məsləhətçi 012-567-70-89
İctimai-siyasi və humanitar məsələlər şöbəsi
Əliyev Mayil Yolçu oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin aparıcısı 026-384-40-77
Cabbarov Vilayət Hidayət oğlu Baş məsləhətçi
Yolçuzadə Kəmalə Məhəmməd qızı Baş məsləhətçi
Tahirov Asəf İdris oğlu Baş məsləhətçi 026-384-40-77
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
Ağakişiyev Vüsal İlham oğlu Şöbə müdirinin müavini
Əliyarova Tamella Sabir qızı Baş məsləhətçi
Səfərli Rəşad Hidayət oğlu Baş məsləhətçi 026-384-36-41
Şahverdiyev Arif İlham oğlu Baş məsləhətçi
İsmayılov İsmayıl Yasif oğlu Aparıcı məsləhətçi 012-567-31-95
Memarlıq və tikinti şöbəsi
Kazımov Əli Fehruz oğlu Şöbə müdiri 012-567-70-90
Böyük məsləhətçi
Quliyev Elşən Süleyman oğlu Aparıcı məsləhətçi
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsin
