
"Mən Əhmədov Amil Rasul oğlu 2007-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. 2011-ci ildə leytenant hərbi rütbəsi almışam". DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza daxil olan müraciətdə yer alıb.
Müraciət müəllifi daha sonra bildirir: "2011-ci ildə Təlim Tədris Mərkəzimde dinləyici olmuşam.2012 ci ildə TTM-nı bitirdikden sonra 5-ci Ordu korpusu(Əlahiddə Ümumqoşun Ordusuna ) təyinat aldim.2012-ci ildən 2015-ci ilədək 217 nömrəli hərbi hissədə.2015-ci ildən 2018-ci ilədək 050 nömrəli hərbi hissədə.2018-ci ildən 2019-cu ilə qədər 215 nömrəli hərbi hissədə.2019-cu ildən 2021-ci ilin sentyabırın 22-sində təxris olunmuşam .Mən Əlahiddə Ümumqoşun Ordu komandanı general polkovnik Kərəm Mustafayevdən , ƏÜOK-nın müavini polkovnik Gülməmmədov Mehman Fərman oğlundan və hərbi hissə komandiri pokovnik Rzayev Mübariz Mehman oğlundam şikayətim var.
Şikayətim omdam ibarətdir ki, polkovnik Gülməmmədov Mehman 2014-cü ildə mən taqım komandiri olaraq məni batareya komandiri əvəzi olduğum halda mənə sifirdan kazarma tikməyimi tapşırmışdılar və mən təkbaşına olaraq öz tabeçiliyimdə olan MAHHXHQ-lar və batareyanın baş çavuşu ilə kazarmanı tikdik... (Təbii ki dövlət büdcəsindən bunun pulu ayrılmışdı... -red.)
Bir müddət sonra hərbi hissə komandiri polkovnik Gülməmmədovla səbəb olaraqdan cavab qaytardım. Səbəbi mənə kazarmanın tikilişində heç bir avadanlığa kömək etmədiyi halda hər bir avadanlığı nisyə mağazalardan götürərək tikdiyim halda mənə kazarmanı bəyənmədiyini deməsi oldu. Mən də cavab verdim qeyri-ixtiyari olaraq və bunun əvəzində məni cəza olaraq və xüsusən də başqalarına görk olum deyə 2015-ci ildə 050 nömrəli hərbi hissəyə göndərdilər..."
İş bununla da bitmir və narazı hərbçimizin başına gələnlərin daha betəri irəlidədir...
DAVAÇI OLACAQ... BİZİ İZLƏMƏKDƏ DAVAM EDİN...
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
