Sizin reklam burada
Sizin reklam burada

Yevlaxın 41 yaşlı icra başçısı Anar Tağıyev Şəkiyə başçı GÖNDƏRİLİR

Yevlaxın 41 yaşlı icra başçısı Anar Tağıyev Şəkiyə başçı GÖNDƏRİLİR





Gundelik-baku.com-a daxil olan məlumata görə,hal-hazırda Yevlax şəhərinin icra başçısı olan Anar Tağıyev Şəki şəhərinə başçı göndərilir.
Tağıyev Anar Aqil oğlu 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.
Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən bu günə qədər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 31.10.2019-cu ildə Prezident İlham Əliyev Tağıyev Anar Aqil oğlunun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ailəlidir, 2 övladı var.

  • Sosial şəbəkədə paylaş