Sizin reklam burada
Sizin reklam burada

Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR… – NARAZILIQ VAR!

Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR… – NARAZILIQ VAR!





Abşeron rayon Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri yaxınlıqda yerləşən “CRYSTAL Beton” zavodunun gecələr fəaliyyət göstərməsindən narazıdılar.
Qanunpress.com-un məlumatına görə, Yeniavaz.com-a müraciət edən sakinlər bildirirlər ki, zavod səhər saatlarına qədər fəaliyyət göstərir. Onlar bu halın yatmağa imkan vermədiyini və zavoddan çıxan toz-torpağın təmizlik problemlərinə, ciddi xəstəliklərə səbəb olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

  • Sosial şəbəkədə paylaş