“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan faciələrinin təqvim tarixinə uyğun 12 cildlik kitab” layihəsi çərçivəsində Bakı şəhərində kitabın ilk təqdmatı keçirilmişdir. Vətənpərvər nəsil yetişdirmək, gənclərə tarixini bilib ona hörmət etməyi öyrətməkdən başlayır. Öyrətməyin ən çox sınanmış vasitəsi məhz mütaliyyədir. Facəvi tariximizi işıqlandıran bu kitab yaralarımızı qaysaqlamağa qoymayıb, gələcək nəsillərə çatdırılmasında onlara yardımçı olacaq.
Təqdimat mərasimini giriş sozu ilə İctimai Birliyin sədri Adil Nəsibov açaraq kitabın donoru olan Agentliyə öz təşəkkürünü bildirdi. Daha sonra müəllif Nazim Tapdıqoğlu kitabın əsas məqsədindən danışdı. Təqdimatda iştirak edən tarixçilərdən Rüstəm Fətullayev və Firəddin Eyvazov, sair Ziba xanım Sevindik, əməkdar mədəniyyat işçisi Adil Abdullayev, AYBnin üzvü prezident mükafatçısı Mais Təmkin, AMEAnın elmi işçisi Sahibə Budaqova və digərləri KİV nümayəndələrinə kitabın önəmi haqqında geniş məlumat verildlər. İştirakçılara kitabın cildləri paylanıldı. Təqdimat mərasimi səmərəli şəkildə keçdi.

