Sizin reklam burada
Sizin reklam burada

Bu gün iki komitə Şuşada dinləmə keçirəcək

Bu gün iki komitə Şuşada dinləmə keçirəcək





Bu gün Şuşada parlamentin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.
Iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.

  • Sosial şəbəkədə paylaş