Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri TEMİR oğlu Tofiq Paşayevin tərcümeyi-halı…- Qazaxıstan vətəndaşı məhkəmə sədri oldu..?

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri TEMİR oğlu Tofiq Paşayevin tərcümeyi-halı…- Qazaxıstan vətəndaşı məhkəmə sədri oldu..?





Qazaxıstan vətəndaşı necə Azərbaycana gəldi və üstəlik məhkəmə sədri oldu..?

Məhkəmə-hüquq sistemimizin hansı durumda olması barədə uzun-uzadı müzakirə açmağa ehtiyac görmürük.
Gündəlik-Bakı olaraq bu problem ilə bağlı zaman-zaman yazmışıq.
Yazılarımızda hətta onu da qeyd etmişik ki, millət vəkillərindən biri Milli Məclisin tribunasından birbaşa dedi ki, Azərbaycanda məhkəmə sistemi FƏLAKƏTLİ vəziyyətdədir.
Bunu hansısa blogger, yaxud sosial şəbəkə iştirakçısı demir ee...millət vəkili deyir.
Təəssüf ki, Prezident İlham Əliyev cənablarının “Ədalət sarayı” adlandırdığı məhkəmə binalarında oturanlar, dövlət başçısının onlara göstərdiyi etimadı doğrultmurlar.
Belə məhkəmə hakimlərindən biri də Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayevdir.
Bu adamın özünün yazdığı rəsmi tərcümeyi-halına baxanda adam məəttəl qalır.
Ali məhkəmənin https://courts.gov.az/ rəsmi saytı yazır:
Tofiq Paşayev 1966-cı ildə anadan olub.
Görəsən, Tofiq Paşayev harada, hansı ölkədə, hansı şəhərdə doğulub..? Bunu niyə gizlədirlər..?
1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Bunun tayları aspiranturanı bitirəndə, elmi dərəcə alanda bu adam 28 yaşında BDU-nu bitirb.
Yaxşı, bu adam neçənci ildə BDU-ya daxil olub..? Bunu yazmaq bu qədərmi çətindir..?
Deyilənə görə ortada ciddi saxtakarlıq faktları var.
Sayt yazır ki, Tofiq Paşayev 1988 – 1992-ci illərdə Qazaxıstanın Baş Prokurorluğunda kriminalist işləyib.
Lənət şeytana. Bu adam 1988-ci ildə hələ heç tələbə də deyildi, Qazaxstanın Baş Prokurorluğunda kriminalist işləyə bilərdi..?
Bu adam Allah qoymasa, BDU-nun tələbəsi ola-ola necə 1992-1993-cü illərdə Qazaxıstanın Aktau Şəhər Prokurorluğunun baş müstəntiqi işləyə bilərdi..?
Axı, bu adamın 1992-ci ildə ali təhsil diplomu yox idi.
Bu adamın diplomu olmadığı halda necə Qazaxıstanın Vilayət Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi ola bilərdi..? Bəlkə Tofiq müəllim qiyabi oxuyub? Onda da Qazaxıstanda işləyə bilməzdi.
Sonra bəlli olur ki, bu adam 1995 – 1997-ci illərdə Qazaxıstan Dövlət İstintaq Komitəsi İstintaq hissəsinin rəisi, idarə rəisi olub.
Sonrası ümumiyyətlə, tamam başqa cür olub.
Belə ki, İstintaq idarəsinin rəisi 1998 – 2000-ci illərdə "Renessans" Elm-İstehsalat Mərkəzi Humanitar elmlər şöbəsinin elmi işçisi və hüquqşünası olub.
Axı, İstintaq İdarəsinin rəisi necə ola bilər ki, hansısa bir şirkətin hüquqşünası olsun. Bəs o boyda İdarə nə oldu..?
Niyə rəsmi tərcümeyi-halda yazılmır ki, bu “Renessans”dır-nədir, bu hansı xarabada yerləşir, hansı ölkədədir, bu nə ilə məşğul olur..?
TEMİR müəllimin oğlu, Tofiq Paşayev birdən Azərbaycanda peyda olur və birbaşa ( 2000 – 2007-ci illərdə ) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olur.
Bu adam uzun illər Qazaxıstanda mühüm dövlət qurumlarında çalışıb. Deməli, Qazaxıstan dövlətinin vətəndaşı olub.
Bəs xarici ölkənin vətəndaşı necə oldu ki, gəldi Azərbaycan dövlətinin vətəndaşı oldu və...üstəlik Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olur.
Vallah, heç nağıllarda da belə hala rast gəlmək olmaz.
Bu dəhşətdir, bu qanunlarımızı ələ salmaqdır.
Bu hələ harasıdır..?
Tofiq Paşayev 2007 – 2012-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri olub.
2012 – 2021-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri olub.
2008 – 2021- ci illərdə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Pilot məhkəmələr şəbəkəsinə daxil olan məhkəmənin sədri olub.
Görəsən, Tofiq Paşayev hansı ƏDALƏT MÜHAKİMƏSİNDƏN danışır, özü öz dediyinə inanırmı..?
Yoxsa, sadə vətəndaşlara ağsaqqalların misalı olmasın “cırıq üçlük” gəlir...?
Bəli, Tofiq Paşayev 2021-ci ildən Sumqayıt boyda şəhərin Apellyasiya Məhkəməsinin sədridir.
Və üstəlik, Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Yeri gəkmişkən, Gündəlik-Bakının araşdırmaları zamanı bəlli olub ki, Tofiq Paşayevin həyat yoldaşı Qazaxıstan Respublikasının Ədliyyə nazirinin qızı imiş.
Daha dəqiq desək, Tofiq Paşayevin qayınatası Nursultan Nazarbayevin prezidentlik dönəmində ədliyyə naziri olub.
İndi bəlli oldumu ki, Tofiq Paşayevin keçmişi haralara bağlıdır.
Onu da qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sayəsində xeyli sayda Orta Asiya kökənli məhkəmə sədrlərimiz var.
Onlardan biri də TEMİR oğlu Tofiq Paşayevdir.
Əbəs yerə deyil ki, Tofiq Paşayev ağsaqqalım deyib öpdüyü, fəxr etdiyi Ramiz Mehdiyevin hər an qulluğunda durur, qayığısına qalır.
Biz onun bu qayğıkeşliyi ilə bağlı nəsə deyə bilmərik.
Ancaq onu deyə bilərik ki, Sumqayıtda bir binada yerləşən Sumqayıt Şəhər Məhkəməsinin, Qubadlı məhkəməsinin, Sumqayıt şəhər İnzibati məhkəmənin və Apelyasiya məhkəməsinin hamısının başında Temir kişinin oğlu Tofiq Paşayev dayanır.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq, xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur. /Gundelik-baku.com/

  • Sosial şəbəkədə paylaş