Sizin reklam burada
Sizin reklam burada

“Üçüncü Qarabağ müharibəsi barədə düşünmək lazımdır” - Başqa yolu YOXDUR!

“Üçüncü Qarabağ müharibəsi barədə düşünmək lazımdır” - Başqa yolu YOXDUR!





Ermənistan gündəmi Baş nazir Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında gizli görüş barədə məlumatlarla çalxalanır.
Sosial şəbəkənin erməni seqmentində gizli görüş iddiaları ilə bağlı geniş müzakirələr aparılır. Məsələyə münasibət bildirən Ermənistanın “Milli Demokratik Qütb” hərəkatının rəhbərlərindən biri olan Ayk Martirosyan görüşlə bağlı informasiyanın öz təsdiqini tapacağı halda bunun yalnız bir anlama gələcəyini qeyd edib. O iddia edib ki, bu görüş hakimiyyətin təhvil verilməsi anlamına gələ bilər. Yəni Nikol Paşinyan təhlükəsizliklə bağlı zəmanət əldə etdikdən sonra hakimiyyətdən istefa verə, hətta ölkəni tərk edə bilər. Bundan sonra isə parlament yeni Baş nazir kimi Robert Köçəryanı seçəcək.
Ümumiyyətlə, bu iddialar nə dərəcədə doğru ola bilər? Nikol Paşinyan ökədən qaçarsa, Üçüncü Qarabağ müharibəsi baş verə bilər?
Bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Paşinyanla Köçəryan arasında gizli görüşün keçirilməsi heç də təəccüblü deyil:
“Çünki belə hallara siyasətdə rast gəlmək mümkündür. Yəni müxalifət liderləri ilə hakimiyyət nümayəndələri arasında gizli görüşlər keçirilir. Hətta hakimiyyətin təhvil verilməsi planları üzrə danışıqlar gedir. 2018-ci ildə Nikol Paşinyan özü də hakimiyyətə gələndə Serj Sarkisyan onun heç bir şansının olmadığı barədə fikirlər bildirirdi. Lakin meydan hərəkatının kifayət qədər güclənməsi, Paşinyanın öz ətrafına tərəfdarlar toplaması və xalqın onu dəstəklənməsi nəticəsində Sarkisyan istefa verdi. Demək olar ki, hakimiyyəti Paşinyana təhvil verdi. Lakin Paşinyan meydanlarda olarkən, Rusiyanı ölkədən çıxarmaq lazım olduğunu deyirdi. Bəyan edirdi ki, Rusiyanın Ermənistandakı bazası bağlanılmalı və ölkə rus asılılığından xilas olmalıdır. Buna baxmayaraq, bu fikirlər reallıqda öz əksini tapmadı. Çünki Ermənistan iqtisadiyyatı Rusiyadan asılı olduğu üçün çox qısa bir zamanda Paşinyanın nəyəsə nail olması mümkün deyildi.
Nəticədə geniş miqyaslı təxribatlar İkinci Qarabağ müharibəsi ilə nəticələndi. Bundan sonra isə Paşinyanın reytinqləri darmadağın oldu və onun hakimiyyətdən getməsini tələb edən qüvvələrin sayı artdı. Paşinyan da məcburiyyət qarşısında növbədənkənar parlament seçkilərinə getdi, amma paradoksal bir vəziyyətdə müharibədə məğlub olmuş Baş nazirə xalq yenidən etimad göstərdi”.
Politoloq qeyd edib ki, Köçəryanın hakimiyyətə gəlməsi Ermənistanın üçtərəfli Bəyanatdan çıxması ilə nəticələnəcək:
“Mövcud vəziyyətdə Paşinyan nə Rusiya ilə münasibətləri nizamlaya bilir, nə də üçtərəfli birgə Bəyanatın öhdəliklərini yerinə yetirir. O, həmçinin, Qərbin və Sorosun təlimatlarını yerinə yetirə bilmir. İndiki şəraitdə Paşinyan hakimiyyəti təhvil-təslim etmək istiqamətində hansısa planlar qurur. Bu planların qurulmasının əsas məqsədi Paşinyanın hakimiyyəti təhvil vermək və ailəsinin təhlükəsizliyini təmin etməkdir. Çünki hazırda ölkədə ciddi şəkildə radikal qruplaşmalar var. Həmçinin, erməni müxalifəti arasında hətta Paşinyanın öldürülməsini belə tələb edənlər var. Bununla yanaşı, son zamanlar Paşinyan xalq arasında olmaqdan çəkinir.
Düşünürəm ki, belə görüşlərin keçirilməsi Köçəryanın hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Bu, həm də onu deməyə əsas verir ki, Üçüncü Qarabağ müharibəsi ətrafında artıq düşünmək lazımdır. Ümumiyyətlə, Köçəryan dəfələrlə bəyan edib ki, mövcud vəziyyətdən yegan çıxış yolu müharibədir. Bu isə Cənubi Qafqaz üçün yeni bir təhdiddir. Hesab edirəm ki, Paşinyanın hakimiyyətdə qalması üçtərəfli Bəyanatın icra olunmasına görə bizim üçün ən uyğun variantdır”.

  • Sosial şəbəkədə paylaş