Sizin reklam burada
Sizin reklam burada

16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda mRNT Pfizer peyvəndinin vurulacağı məlum olub - Diqqət!

16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda mRNT Pfizer peyvəndinin vurulacağı məlum olub - Diqqət!




Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulacağı məlum olub.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsinin qərarına əsasən, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

  • Sosial şəbəkədə paylaş