
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzində kadr təyinatı olub.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev Xidmətin mətbuat katibi vəzifəsinə təyin edilib.
DSX-nin Mətbuat Mərkəzi “Report”a faktı təsdiqləyib.
