
Son günlər ölkədə korrupsioner məmurlarla bağlı aparılan araşdırmalar bir daha sübüt etdi ki, göstərilən etimaddan sui-istifadə etməklə cinayət əməllərini törətməkdən belə çəkinmirlər.
Dosye.org-da yayımlanan bir çox tutarlı məlumatlarda qeyd etdiyimiz faktlar öz təsdiqini tapmışdır. İcra başçıların həbsi və digər nazirliklərdə aparılan yoxlamalar sübüt etdi ki, bəzi məmurlar rüşvətxor və talançıdır. Əlbəttə ki, ölkə başçısı cənab İlham Əliyev rayonlara rəhbər təyin etdikdə, onlara ancaq və ancaq xalqa xidmət etməyi tövsiyə edir. Bütün hallarda dövlət qulluqçusu ləyaqətlə dövlətə təmənnasız xidmət etməli, eyni zamanda üzərinə götürən missiyanı şərəflə həyata keçirməlidir. Bu zaman təbii ki, hər bir vətəndaş ölkə başçısına və rayonlara təyin etdiyi səlahiyyətli nümayindəsinə təşəkkürünü bildirər. Bəzən elə hallar olur ki, yerli icra orqanları bilərəkdən sakinləri dövlətdən və dövlət başçısından narazı salmaqla, narazı kütlənin artmasına şərait yaradır.
Diqqət yetirsək görərik ki, ən çox narazı kütlə Sumqayıt şəhərindəsir. Gənclər şəhəri hər zaman öz gəncləri ilə qürur duyub, onların qəhrəmanlıqlarından isə kifayət qədər yazmaq və şifahi şəkildə söhbət açmaq olar. Lakin şəhər icra hakimiyyətində vəzifə tutan bir neçə məmur bilərəkdən gəncləri və digər sakinləri problemlərlə qarşı-qarşıya qoyur. Sumqayıt icra hakimiyyətinin iki müavini Teymur Səmədov və Akif Quliyev haqqında gəzən söz-söhbətlər məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Başçının 1-ci müavini T.Səmədovun manapoliyasında olan ən gəlirli sahələr təhsil və uşaq baxçalarıdır. Pandemiya dövründə güya acınacaqlı vəziyyətdə olan icra hakimiyyəti belə bir ağır gündə şəhər sakinlərin yanında oldu. Əslində, adı hallanan hər iki şəxs, Zakur Fərəcov üçün nə qədər önəmli olsada, bir o qədər təhlükəli müavinlərdir. Düzdür, zaman hər bir dərdin dərmanıdır. İllərlə olunan şikayətlər və narazılıqlar təbii ki, ünvana çatdıqdan sonra araşdırılır. DTX əməkdaşları bir gün Sumqayıt şəhərində peyda olanda təəcüblənməyin. Çünki, Teymur və Akif cütlüyü vəziyyəti daha da mürəkkəbləşdirir. Onu da nəzərinizə çatdıraq ki, dövlət başçısı bütün icra hakimiyyətində xidmət edən məmurlara şəxsən özü nəzarət edir….
DOSYE.ORG
