
Gəncə şəhərinin Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Qanunpress.com-un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Nəvayi Qasımov Kəpəz rayon Polis İdarəsinin rəisi təyin olunub.
N.Qasımov təyinata kimi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
