Sizin reklam burada
Sizin reklam burada

Muzdlu döyüşçülər kimin tərəfindədir? - “Bu, bizə lazım deyil”

Muzdlu döyüşçülər kimin tərəfindədir? - “Bu, bizə lazım deyil”




Prezident İlham Əliyev açıq və lakonik danışır. Heç bir əlavə sözə, şərhə ehtiyac duymadan dünyaya tarixi faktları təqdim edir.

“Yeni Müsavat” xatırladır ki, dövlət başçısı dünyanın aparıcı ölkələrinin liderlərinə, nüfuzlu beynəlxalq təşkilatlara sözünü konkret şəkildə bəyan edir.

İ.Əliyev mübaliğəsiz, bəlağətsiz üslubda açıqlayır ki, erməni terrorçuları və Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxsınlar.

Vəssalam, bundan sonra danışıqlar masasına oturmaq olar. Eyni zamanda Prezident əlavə edir ki, Qarabağdakı erməni əhalisi narahat olmasın, Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikdirlər.

Oktyabrın 4-də Prezidentin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində də gedən döyüşlərlə bağlı mühüm açıqlamaları oldu.

İ.Əliyev xüsusən iki önəmli tezisə toxundu və söylədi ki, xaricdən muzdluların gətirilib ordumuzun tərkibində döyüşməsi tamamilə əsassızdır.

“Son on gün ərzində, ötən həftə Fransa prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur.

O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər?

Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın.

Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam.

Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüş zonasında etdiyimiz internetdə göstərilir.

Bizim müasir dronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərini necə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca o birini azad edir.

Uzun illər ərzində işğal altında olan torpaqlarda bayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır", - sitatın sonu.

Prezidentin çıxışında ikinci vacib məqam isə beynəlxalq birliyin fəaliyyətsizliyi barədə oldu:

“Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir.

Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil, işğala indi son qoyun".

İlk növbədə muzdlu döyüşçü iddiasına qayıdaq, əslində təqdim edilən videofaktlardan məlum olur ki, Ermənistan tərəfindən suriyalı, livanlı muzdlular döyüşür.

Sosial şəbəkədə yayılan kadrlarda qolunda lent olan və bu nişanla digərlərindən seçilən terrorçuların muzdlu kimi Qarabağa gətirildiyi xəbər verilib.

Hətta ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalanları təxribat qrupu şəklində fəaliyyətə başlayıb.

Bu haqda APA-ya verilən məlumatda deyilir ki, Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağda döyüşlərə göndərilməsinə qərar verilib.

Ona görə də İ.Əliyev “Əl Ərəbiyə”yə müsahibəsində bildirirdi ki, əgər muzdlular və terrorçular barədə danışmağa başlasaq, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər.

Bu detallarla bağlı “Yeni Müsavat”a danışan Xocalının deputatı Elman Məmmədov qeyd etdi ki, “Əl Ərəbiyə”dəki müsahibəni diqqətlə izləyib:

Onun fikrincə, jurnalist təkidlə muzdlu döyüşçü iddiasının üzərində dayanmışdı: “Cənab Prezident etik normalara və beynəlxalq hüquqa söykənərək dedi ki, bizdə muzdlu döyüşçü yoxdur.

Azərbaycanın 10 milyon əhalisi var və 2 milyon əhalisi olmayan Ermənistanla döyüşməyə gücümüz çatır.

Ümumiyyətlə, nə birinci Qarabağ savaşında, nə indi gedən müharibədə Azərbaycan xarici döyüşçüdən istifadə etməyib. Ordumuz işğal edilmiş torpaqlarımızı azad etmək gücünə qadirdir".

Deputat hesab edir ki, beynəlxalq qurumlar əl-ayağa düşüblər və erməni şər-böhtanının arxasınca sürünürlər:

“Mən Fransa radiosunun xəbəri ilə tanış oldum. Onlar məlumat verir ki, Ermənistanda Suriya, Livan və Latın Amerikasından muzdlular döyüşürlər.

Ondan əvvəl Ermənistan prezidenti Armen Sərkisyan təsdiqlədi ki, müxtəlif ölkələrdən gələn ermənilər döyüşlərdə iştirak edirlər. Özləri etiraf edirlər ki, muzdlular var.

Paşinyan, eləcə də erməni keşişi dünya ermənilərinə müraciət edir ki, bu savaşda iştirak etmək müqəddəs borcunuzdur.

Bu çağırışların özü sübut edir ki, dünyanın hər yerindən ermənilər, eləcə də qeyri-erməni muzdlular döyüşürlər.

Həmçinin PKK-çıların Qarabağa gətirildiyi bildirilir. Amma əfsus ki, beynəlxalq qurumlar bizim yaxamızdan yapışırlar, Ermənistana heç nə demirlər".

E.Məmmədovun sözlərinə görə, ermənilər muzdlu döyüşçü uydurmasından əvvəl də “Su-25" təyyarəsinin guya ”F16" qırıcısı ilə vurulduğu barədə haray-həşir qoparmışdılar:

“Dünyanın böyük ölkələrinin peykləri səmadadır və onlardan hansı biri bunu qeydə alıb? Sadəcə, saxta faktlardır və bizə qarşı ideoloji müharibə aparılır. Ermənilər bununla müharibəni genişləndirmək istəyirlər, amma ox yaydan çıxıb”.

E.Məmmədov beynəlxalq qurumları dinc əhalimizin atəşə tutulmasına münasibət bildirməyə çağırdı:

“Az-çox ədalətli mövqe tutan, ağlı olan təşkilatlar bilir ki, Ermənistan yalan danışır, biz işğal edilmiş torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatları aparırıq.

Bu gün dinc əhali hədəfə alınıb, böyük şəhərlərimiz vurulur, həlak olanlarımız var. Dünya buna susqun qalmamalıdır".

Hərbi ekspert Azad İsazadə şərh etdi ki, Suriya döyüş təcrübəsi səhralıq üçün xarakterikdir.

Onun sözlərinə görə, Suriyada “Pikap” tipli maşınların üzərinə silahları qoymaqla döyüşürlər: “Bu, Qarabağda bizə lazım deyil.

Digər tərəfdən, insan resurslarımız kifayət edir. Həm orduda olan resursumuz, həm ehtiyatda olan qüvvələrimiz var.

Amma erməniyə silah daşıyan qüvvə lazımdır. Fransada erməniləri daha yaxşı eşidirlər və buna görə səs-küy salıblar.

Ermənilər özləri tərəfdən muzdluların döyüşdüyünü gizlətmək üçün Azərbaycan və Türkiyənin üstünə atırlar".

A.İsazadə kənardan gələn kiminsə könüllü döyüşməsinin problem olmadığını qeyd etdi: “Rus könüllüləri Donbasda döyüşürlər.

Amma onlar rəsmi şəkildə Rusiya ordusundan getməyiblər. Azərbaycanda isə buna ehtiyac yoxdur".

  • Sosial şəbəkədə paylaş