Sizin reklam burada
Sizin reklam burada

Elçin Quliyevlə bağlı daha bir iddia... - FOTO

Elçin Quliyevlə bağlı daha bir iddia... - FOTO


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evi üzə çıxıb.

Bu barədə Meydan.Tv-nin həmtəsisçisi Həbib Müntəzir məlumat yayıb.

O yazıb: "Bura general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evidir. DSX sədri o qədər vətənpərvərdir ki, bağından birbaşa süni yaratdığı, Xəzər dənizi formasında olan gölə çıxışı var. Bakının Novxanı qəsəbəsindəki bu malikanədən İlham Əliyevin əsla xəbəri yoxdur. Mənim isə 3600 km uzaqlıqda olmağıma baxmayaraq xəbərim var. Görməyibsə, maksimum paylaşaq, görsünlər, tanısınlar, bilsinlər".

Dövlət Sərhəd Xidməti jurnalistin iddiasını nə təsdiq, nə təkzib edib.
Elçin Quliyevlə bağlı daha bir iddia... - FOTO

  • Sosial şəbəkədə paylaş