Sizin reklam burada
Sizin reklam burada

Daha 4 rayonun prokuroru dəyişdi

Daha 4 rayonun prokuroru dəyişdi


Azərbaycan prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluqdan Qanunpress.com-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.

  • Sosial şəbəkədə paylaş