Sizin reklam burada
Sizin reklam burada

Daha bir ölkədə karantin rejimi uzadıldı

Daha bir ölkədə karantin rejimi uzadıldı



Argentinada martın 20-dən tətbiq edilən karantin rejimi mayın 24-dək uzadılıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Alberto Fernandes açıqlayıb.
“Karantin mayın 24-dək davam edəcək”, - deyə o, bildirib.
Buenos-Ayresdə məhdudlaşdırıcı tədbirlərdə dəyişiklik edilməyəcək. Ölkənin digər regionlarında yüngülləşmələr tətbiq olunacaq. Xüsusilə, ayrı-ayrı növ istehsal və ticarət açılacaq.
Paytaxtda şənbə və bazar günləri uşaqlarla gəzintilərə icazə veriləcək.

  • Sosial şəbəkədə paylaş