Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanın Azərbaycana ixracı artıb

Gürcüstanın Azərbaycana ixracı artıb


Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 121 872,1 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Qanunpress.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 42,6 % artım qeydə alınıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 15,7 % payla qonşu ölkənin birinci əsas ixrac tərəfdaşı olub.

  • Sosial şəbəkədə paylaş