
Türkiyənin 5 cəzaçəkmə müəssisəsində 17 məhbusda koronavirus aşkarlanıb.
Qanunpress.com NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül bildirib.
Nazir deyib ki, həmin məhkumlardan 3-ü COVID-19-dan ölüb. Ə Gülün sözlərinə görə, indiyədək xüsusi rejimli həbsxanalarda məhbuslar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb
