
İsrail Baş naziri Benyamin Netanyahu koronavirus pandemiyası ilə bağlı karantinə alınıb.
Qanunpress.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“Hazırda baş nazirdə pandemiyanın heç bir simptomları yoxdur. Netanyahu ehtiyat tədbirləri üçün karantinə alınıb. İlk analizləri neqativ çıxan baş nazir sabah yenidən analiz verəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, B.Netanyahunun parlament müşaviri Rivka Paluçda koronavirus simptomları aşkarlanıb.
