
Britaniyalı əsgər Metyu Telbot Malavidə antibrakonyer əməliyyatı zamanı fil tərəfindən öldürülüb.
Qanunpress.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Əsgər mayın 5-də keçirilən əməliyyat zamanı həlak olub. Nazirlik hərbçinin ailəsinə başsağlığı verib.
