Sizin reklam burada
Sizin reklam burada

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Şimali Makedoniya Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb.
Trend-in məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi işə başlayıb.
Bu gün Şimali Makedoniyada səsvermə hüququndan 1,8 milyon insan istifadə edə bilər. Onlar ikinci tura keçmiş Stevo Pendarovski və Qordana Silyanovska-Davkova arasında seçim edəcəklər.
Ölkə ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq. Səsvermənin rəsmi nəticələri növbəti gün açıqlanacaq.

  • Sosial şəbəkədə paylaş