
Yeni Zelandiyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki təlimatçı pilot həyatını itirib.
REN TV-nin məlumatına görə, “Diamon DA42” təyyarəsi şənbə günü yoxa çıxıb.
Əlverişsiz hava şəraitinə görə təyyarəni yalnız bazar günü tapmaq mümkün olub. Təyyarənin qalıqları Taupo şəhəri yaxınlığında aşkarlanıb.
Qəzanın səbəbləri araşdırılır.
