Sizin reklam burada
Sizin reklam burada

Tbilisidə yaşayış binasında güclü partlayış olub

Tbilisidə yaşayış binasında güclü partlayış olub



Gürcüstan paytaxtında yaşayış binasında partlayış baş verib.
Qanunpress.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.
Hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilir.
İlkin məlumatlarda partlayışa səbəb kimi qaz sızması göstərilsə də, sonradan “KazTransQaz” şirkəti bəyanat yayaraq bunu təkzib edib.
Bəyanatda qeyd olunub ki, partlayışa səbəb kimyəvi maddə olub. Lakin hansı kimyəvi maddədən söhbət getdiyi açıqlanmır.

  • Sosial şəbəkədə paylaş