Sizin reklam burada
Sizin reklam burada

Rusiyada təyyarə qəzası: 3 nəfər ölüb

Rusiyada təyyarə qəzası: 3 nəfər ölüb


Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarə qəzaya uğrayıb.
Qanunpress.com "RİA Novosti"yə istinadən xəbər verir ki, təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən təyyarə sərt eniş edib.
Qəza nəticəsində qırıcı hissələrə parçalanıb, yanmağa başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

  • Sosial şəbəkədə paylaş