Sizin reklam burada
Sizin reklam burada

İki uşaq 6 ay boyunca tək yaşayıb

İki uşaq 6 ay boyunca tək yaşayıb



Amerikada 9 yaşlı əkizlər 5 ay boyunca evdə tək yaşayıblar.
Bu barədə lenta.ru saytı CNN kanalına istinadən yazıb. KİV-in yazdığına görə, uşaqların valideynləri 2014-cü ilin iyulunda Nigeriyaya gedib, onlara baxmağı isə uşaqların əmisi Qiobari Aturudan xahiş edilib. Əvvəlcə kişi söz verib ki, qardaşının evinə köçəcək. Amma 5 ay ərzində onlara həftədə cəmi 1 dəfə baş çəkib.
Bu müddət ərzində isə uşaqlar daha çox hazır yeməklərə üstünlük veriblər. Onlar deyiblər ki, Aturu onlara səhərlər müstəqil oyanmağı, məktəbə getməyi və avtobusa gecikməməyi tapşırıb. Polislər isə bu barədə məktəb işçiləri vasitəsilə xəbər tutublar. Əkizlərin yaşadığı evə baş çəkəndən sonra hüquq-mühafizə orqanı əməkdaşları Aturunu həbs ediblər. Ona qarşı uşaqların həyatını təhlükə altına salmağa görə ittiham elan edilib. Kişi polisə deyib ki, qardaşı uşaqlarına öz telefon nömrəsini verib ki, hər hansı təhlükə halında onunla əlaqə saxlasınlar. Amma uşaqlar da bildirib ki, onların evində telefon işləmir.

Uşaqlarının yarım ildir ki, evdə təkbaşına yaşadığını öyrənən valideynlər də dərhal Nigeriyadan geri qayıdıblar.

  • Sosial şəbəkədə paylaş