
Amerikada bir motodor çıxış zamanı dünyasını dəyişib.
Bu barədə “CBC Denver” xəbər verib. 25 yaşlı Meyson Lounun ölümü ilə bağlı Professional Bull Riders təşkilatının rəhbəri Şon Qlison bildirib. Bədbəxt hadisə Amerikanın Kolorado ştatındakı Denver şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, öküz motodoru yerə yıxıb. Lou yerdən qalxmağa cəhd edəndə isə öküz arxa ayaqları ilə onun döş qəfəsinə zərbə endirib. Gənc dərhal yerindən qalxıb, bir neçə addım atsa da, daha sonra yerə yıxılıb. Onu xərəkdə aparıblar. Lou 7 ildir ki, motodorluq edir və professionallar arasındakı reytinqdə 20-ci yeri tutur. Sonuncu mövsümdə o, çıxışlarının 70 faizini qələbə ilə bitirib.
