Sizin reklam burada
Sizin reklam burada

Əfqanıstandakı zəlzələdə yaralananların sayı 1000-ə çatır







Dünən Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 980 nəfərdən çox insan isə xəsarət alıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatında deyilir.
Bundan əlavə, 2 mindən çox ev tamamilə və ya qismən dağılıb. Bu rəqəmlərin artacağı gözlənilir.

Mürəkkəb relyef şəraitinin və infrastrukturun zədələnməsinin axtarış-xilasetmə işlərini çətinləşdirdiyi bildirilib.

Xatırladaq ki, noyabrın 3-nə keçən gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. İlkin məlumatda təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü, daha 320 nəfərin isə yaralandığı qeyd olunmuşdu.

  • Sosial şəbəkədə paylaş