Sizin reklam burada
Sizin reklam burada

Myanmadakı zəlzələdə ölənlərin sayı 700-ə çatır

Myanmadakı zəlzələdə ölənlərin sayı 700-ə çatır




Myanmanın mərkəzində 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb.

Bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərdir.

Qeyd edək ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 12:50-də baş verib.

7,7 maqnitudalı zəlzələ ölkənin mərkəzi hissəsində olub və bütün ərazisində, həmçinin qonşu ölkələrdə dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Taylandda ən azı 10 nəfərin öldüyü bildirilir.

  • Sosial şəbəkədə paylaş