
Türkiyədə 1 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə sonuclanan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanunpress.comxəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Qaziantep-Nurdağı yolunun Sefaşehir məhəlləsi yaxınlığında işçiləri daşıyan mikroavtobus yük avtomobilinin (TIR) qoşqusuna çırpılıb. Qəzada yaralanan sürücü və 6 işçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
