
Kiyevin pilotsuz təyyarələrlə Moskvaya hücum cəhdi növbəti terror aktıdır.
Rus mətbuatı xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat Kiyevin mülki obyektlərin yerləşdiyi əraziyə, o cümlədən xarici reysləri də qəbul edən hava limanına hücum etdiyinə diqqət çəkib.
"Kiyev rejiminin mülki infrastruktur obyektlərinin yerləşdiyi əraziyə hücum cəhdi növbəti terror aktıdır", - Zaxarova ifadə eib.
Diplomat vurğulayıb ki, Volodimir Zelenski bu terror aktlarını Qərbin pulu və ya Qərb silahlarının köməyi ilə törətdiyinə görə, bu terror aktını beynəlxalq miqyasda qiymətləndirmək olar.
