Sizin reklam burada
Sizin reklam burada

Ukrayna 100 kvadrat kilometr ərazini Rusiyadan geri aldı

Ukrayna 100 kvadrat kilometr ərazini Rusiyadan geri aldı





Ukrayna Silahlı Qüvvələri 100 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Oleksiy Qromov məlumat verib.
Bildirilib ki, Zaporojye vilayəti istiqamətində əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb./Modern.az

  • Sosial şəbəkədə paylaş