Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın Yuta Senatının sədri Stüart Adamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA xəbər verir ki, bu barədə nazir tvitter hesabında məlumat verib.
Bildirilir ki, görüş zamanı Ukrayna ordusunun informasiya texnologiyaları, PUA-lar və minalardan təmizlənməsi sahəsində gələcək inkişafı üçün mühüm yüksək texnologiyalı həllər müzakirə olunub.
“Bizim amerikalı dostlarımıza göstərdikləri sarsılmaz dəstəyə görə təşəkkür edirik. Qələbə üçün birlikdə!”, - deyə nazir bildirib.
