
PKK terror təşkilatının tərəfdarlarının Avropa Parlamentinin binasında aksiya keçirməsinə icazə verilməsini qınayırıq
Qanunpress.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“PKK/PYD/YPG terror təşkilatının rəhbər və tərəfdarlarının Avropa Parlamentinin binasında dövlətimizə qarşı yönəlmiş hərəkətini şiddətlə qınayırıq", - bəyanatda deyilib.
Qeyd olunub ki, AB-nin siyahısında olan terror təşkilatının təbliğatına xidmət edən bu cür fəaliyyətə yol verilməməlidir.
