Sizin reklam burada
Sizin reklam burada

Pakistanda inflyasiya 49 ilin rekordunu üstələdi

Pakistanda inflyasiya 49 ilin rekordunu üstələdi




Pakistanda İstehlak Qiymətləri İndeksi ilə ölçülən pərakəndə satış inflyasiyası fevral ayında illik müqayisədə 31,5% artaraq 1974-cü ildən bəri ən yüksək illik göstəriciyə çatıb.
Bu barədə çərşənbə günü Pakistan Statistika Bürosu məlumat yayıb.
Məlumata görə, İQİ-nin artımına fevral ayında əsasən ərzaq məhsulları, içkilər və nəqliyyat xidmətləri qiymətlərinin 2022-ci ilin eyni ayı ilə müqayisədə 45% artması səbəb olub. Ötən ay təkcə spirtli içki və tütün məmulatlarının qiymətləri 47,59% artıb.
Qiymətlərin artmasına milli valyutanın ucuzlaşması ilə yanaşı, hökumətin mal və xidmətlər vergisini 17%-dən 18%-ə yüksəltməsi də təsir edib.
Pakistan rupisinin devalvasiyası səbəbindən ölkədə inflyasiyanın yaxın aylarda artmağa davam edəcəyini təxmin edilir.
Mənbə: TASS

  • Sosial şəbəkədə paylaş