
"Ukraynadakı münaqişə daha üç il davam edə bilər".
Bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kul jurnalistlərə açıqlamasında deyib.
"Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, bəlkə də iki-üç ilə bitə bilər", - o ifadə edib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi ABŞ hərbi-sənaye kompleksinin lazımi miqdarda sursat istehsal edə bilmədiyini göstərib.
