Sizin reklam burada
Sizin reklam burada

 Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib - “Netfliks”dən TƏXRİBAT

  Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib - “Netfliks”dən TƏXRİBAT




“Netfliks” platformasında yayımlanan “Pepsi, mənim reaktiv təyyarəm hardadır?” (Pepsi, Where's My Jet) serialının birinci bölümündə Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib.
Qanunpress.com Kult.az-a istinadla xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Serialın 1-ci hissəsindəki səhnə türkiyəli tamaşaçıların kəskin reaksiyasına səbəb olub. Çünki təqdim olunan xəritədə Türkiyənin şərqindəki bölgələr Ermənistan ərazisi kimi göstərilib. Serialın türkiyəli pərəstişkarları sosial şəbəkələrdə buna kəskin reaksiya veriblər”, - məlumatda deyilib.

  • Sosial şəbəkədə paylaş