
Ukraynanın paytaxtı Kiyev şəhərində 400-dən çox rusiyalı muzdlu var. Qanunpress.com xəbər verir ki, bu barədə AzVision.az “The Times” nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, onlara Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.
Bildirilib ki, “Vaqner” qrupu beş həftə əvvəl Afrikadan muzdlu əsgərləri böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətini məhv etmək missiyası ilə Ukraynaya göndərib. Missiya ilə bağlı məlumat şənbə günü səhər Ukrayna hökumətinə daxil olub və bir neçə saat sonra Kiyev şəhərini rus diversantlarından təmizləmək üçün 36 saatlıq komendant saatı elan edib.
Şəhərin meri Kliçko küçəyə çıxmaq istəyən yerli sakinlərə xəbərdarlıq da edib. Onun sözlərinə görə, küçəyə çıxacaq hər kəs təxribatçı hesab olunacaq və həmin şəxslərin öldürülmək riski var.
