Sizin reklam burada
Sizin reklam burada

Hindistanda helikopter qəzaya düşdü, göyərtəsində Baş Qərargah rəisi də olub - Video

Hindistanda helikopter qəzaya düşdü, göyərtəsində Baş Qərargah rəisi də olub - Video





Hindistanın Tamilnad ştatında göyərtəsində dörd yüksək rütbəli hərbçinin olduğu hərbi helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” “India Today”ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində Hindistan Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Bipin Ravat da olub.
Nəşrin mənbələrinin məlumatına görə, helikopter Hindistan Hərbi Hava Qüvvələrinin Sere bazasından havaya qalxaraq Vellinqton şəhərinə doğru uçurmuş.
Qəzadan sonra Bipin Ravat xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, onun vəziyyəti ilə bağlı detallar açıqlanmayıb.
Qəzadan sonra 3 nəfərin sağ qaldığı bildirilir. Məlumat rəsmi olaraq təsdiq olunmayıb. Bildirilir ki, ümumilikdə helikopterdə 14 nəfər ola bilər.

  • Sosial şəbəkədə paylaş