Sizin reklam burada
Sizin reklam burada

Əş-Şabab qruplaşmasına ağır zərbə endirildi

Əş-Şabab qruplaşmasına ağır zərbə endirildi



Somali hökumət qüvvələri ölkənin mərkəzi hissəsində Əş-Şabab terror qruplaşmasının 19 üzvünü məhv edib.
Qanunpress.com xəbər verir ki, bu barədə Somalinin "Shabelle Media Network" xəbər portalı məlumat yayıb.
"İslamçılar Qalmuduq əyalətinin inzibati mərkəzi olan Qalkayo şəhərinin cənubundakı yolda pusqu qurublar. Hücum zamanı ordu bölmələri 19 terrorçunu öldürüb. Hökumət qoşunları arasında itkilər var, lakin onların sayı açıqlanmır", - deyə qeyd olunur.

  • Sosial şəbəkədə paylaş